• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Cəbhədə vəziyyət ağırdır - Zelenski

DÜNYA

30 Noyabr 2022 | 09:38

Cəbhədə vəziyyət ağırdır - Zelenski

Rusiya qüvvələri xüsusilə Donetsk cəbhəsində irəliləməyə çalışır.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zekenski gecə saatlarında "Telegram" hesabında paylaşdığı videomüraciətdə bildirib.

Lakin Ukrayna Ordusunun Rusiya hücumlarını uğurla dəf etməyə davam etdiyini deyən Zelenski cəbhədə vəziyyətin ağır olduğunu bildirib.

Rusiya ordusunun Donetsk cəbhəsində böyük itkilər verdiyini iddia edən Zelenski Ukrayna qüvvələrinin rus qoşunlarına imkan vermədiyini qeyd edib.

V.Zelenski bəyan edib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini “ələ keçirməyə”, Xarkov vilayətində və Ukraynanın cənubunda irəliləməyə çalışırlar.

"Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı artıracağıq. Təəssüf ki, hazırkı beynəlxalq hüquqi sənədlər (Ukrayna müharibəsi məsələsində) ədalət üçün kifayət deyil", -  deyə Vladimir Zelenskiy bildirib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR