• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Saakaşvilinin məhkəməsi oldu

DÜNYA

29 Dekabr 2022 | 23:48 | Müəllif: Subhan Mahmudov

Saakaşvilinin məhkəməsi oldu

Bu gün Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, hakim Qiorqi Arevadze növbəti məhkəmə iclasının sabah, 30 dekabr, saat 15:00-da keçirilməsi barədə qərar verib.

Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze prosesin gündəlik rejimdə aparılması ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

Qeyd edək ki, bu gün məhkəmə iclasında iştirak edən amerikalı ekspert-toksikoloq Devid Smit Saakaşvilinin ABŞ-a, ağır metallar və dərmanlarla bağlı detoksifikasiyanın mümkün olacağı tibb müəssisəsinə köçürülməli olduğunu bildirib.

Xatırladaq ki, Saakaşvilinin vəkilləri 1 dekabr tarixində eks prezidentin səhhəti ilə bağlı cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR