• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu ölkə yeni viza qaydaları tətbiq edir

DÜNYA

31 Oktyabr 2022 | 01:28 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkə yeni viza qaydaları tətbiq edir

Avropadan kənar ölkələrdən Serbiyaya gələnlərin sayı kəskin artır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Serbiya höküməti bunun qarşısımı almaq üçün ölkədə yeni viza qaydalarının tətbiqi iıə bağlı qərar verib.

Qərara əsasən Serbiya Burundi vətəndaşları üçün viza tələbini bərpa edib. Noyabr ayında eyni dəyişikliyin tunislilər üçün də ediləcəyi qeyd olunur. İlin sonuna kimi bir çox ölkə üçün viza qaydalarında dəyişiklik olunacağı gözlənilir.

Məlumata görə, bu ilin əvvəlindən Qərbi Balkan marşrutundan Aİ ölkələrinə 106 min nəfər daxil olub, keçən illə müqayisədə 170 faiz artım müşahidə edilib. Serbiyanın Hindistan, Tunis, Suriya, Kuba, Burundi kimi ölkələrlə vizasız səyahət müqavilələri var. Serbiya, həmçinin Aİ ilə viza rejiminin liberallaşdırılması sazişini imzalayıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026