• Bakı 16° C

    3.68 m/s

Antalyada leysan həyatı iflic etdi

DÜNYA

29 Noyabr 2022 | 20:00 | Müəllif: Subhan Mahmudov

Antalyada leysan həyatı iflic etdi

Türkiyənin Antalya vilayətinin bir neçə şəhəri güclü yağışlardan iflic olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Doğan" agentliyi məlumat yayıb.

Bəzi şəhərlərdə küçə və prospektləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib.

Kaputaş çimərliyi yaxınlığında yamaclardan dənizə axan palçıqlı su dənizi qəhvəyi rəngə boyayıb.

Şiddətli yağışla müşayiət olunan tufan Adrasan yaşayış məntəqəsindən də yan keçməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026