• Bakı 15° C

    1.79 m/s

Tarixi paytaxt bərpa edilir

DÜNYA

29 Dekabr 2022 | 16:01

Tarixi paytaxt bərpa edilir

Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsüx orta əsrlərdə paytaxt olmuş Qaraqorumun bərpası barədə göstəriş verib.

Bakıvaxtı.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Central Asia” yazır.

“Qədim paytaxt olan Qaraqorum Monqol İmperiyasının o dövrdə dünyanın siyasi və iqtisadi mərkəzi olduğunu göstərən tarixi-mədəni irsdir”, - Prezident bərpa haqqında sərəncamı imzaladıqdan sonra deyib.

Qeyd edək ki, Çingiz xan tərəfindən əsası qoyulmuş Qaraqorum (qədim türk dilində “Qara daşlar” mənasındadır – red.) şəhəri 1235-1264-cü illərdə Böyük Monqol İmperiyasının çiçəklənmə dövründə paytaxtı olub. İndi şəhərin yerində Qaraqorum tarix muzeyi var və bu, 2011-ci ildə açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026