• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Səfirliyə hücumu bir daha qınayıram" - Çavuşoğlu

DÜNYA

28 Yanvar 2023 | 11:07

"Səfirliyə hücumu bir daha qınayıram" - Çavuşoğlu

“Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənc diplomatlarla görüşündə deyib.

O bildirib ki, indiyədək erməni terrorçularının hücumu nəticəsində bir neçə türk diplomatı şəhid olub: “Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026