Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı 140 nəfəri keçib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 177 nəfər xilas edilib.19 nəfərin isə ağır xəsarətlər aldığı qeyd olunur.
***
08:59
Hindistanın Qucarat ştatında asma kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 132-yə yüksəlib.
Bakıvaxtı.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Divali festivalı qeyd edilərkən həddindən artıq sıxlıq nəticəsində köpü çöküb. Hadisədə itkin düşənlərin əksəriyyəti uşaqlar və qocalardır. Ölənlərin sayının artacağı istisna edilmir.
***
30 oktyabr, saat 20:11
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.
Faciə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün öncə ziyarətçilərin üzünə açılıb. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.
















