Konqoda konsert zamanı yaranan izdihamda 11 nəfər ölüb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxtı Kinşasada konqolu sənətçi Fally İpupanın konserti zamanı qeydə alınıb.
İzdihamda 2-si polis olmaqla 11 nəfər ölüb. Təşkilatçıların 80 minlik Kinşasa stadionuna təxminən 120 min insanı apardıqları iddia edilir. Hadisə ilə əlaqədar istintaq aparılır.
Təhlükəsizlik qüvvələri, təşkilatçılar nəzarətə alınıb.
Nuranə Daxilqızı
















