• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Terror aktında 13 əsgər həlak oldu

DÜNYA

31 Oktyabr 2022 | 09:19

Terror aktında 13 əsgər həlak oldu

Burkina-Fasoda silahlı qrup hərbi karvana hücum edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Qurma əyalətinin Natiaboani şəhərində qeydə alınıb. Hadisə nəticəsində 13 əsgər həlak olub. Çoxlu sayda hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, Burkina-Fasoda hərbçilər ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək sentyabrın 30-da hakimiyyəti ələ keçirib.

Xatırladaq ki, qonşu Malidəki Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina-Fasonun şimalında və şərqində tez-tez hücumlar həyata keçirir. Verilən məlumatlarda 2015-ci ildən ötən ilin dekabrına kimi hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfərin həlak olduğu açıqlanıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026