"Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr".
Bakıvaxtı.az RİA Novosti-yə istinadla billdirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
Prezidentliyinin 1-ci ildönümünə həsr olunmuş mətbuat konfransında Bayden deyib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək.
Ağ ev rəhbəri Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib (report) Onun sözlərinə görə, əgər onlar Ukraynanı istila etməyə davam etsələr, bu, Rusiya üçün fəlakət olacaq.
"Putin heç vaxt ABŞ-ın hazırladığı sanksiya kimi sanksiya görməyib", - deyə Bayden vurğulayıb.















