• Bakı 13° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

“Ukraynada mümkün müharibə fəlakətlə nəticələnəcək” - BMT baş katibi

DÜNYA

18 Fevral 2022 | 22:11

“Ukraynada mümkün müharibə fəlakətlə nəticələnəcək” - BMT baş katibi

“BMT-nin baş katibi Antoniu Quterreş dünya liderlərinin Ukrayna ilə bağlı təmaslarını davam etdirəcəyinə ümid edir və mümkün müharibənin fəlakətlə nəticələnəcəyinə inanır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, baş katib dünya liderlərinin bu məsələnin həlli uzun müddət tələb etsə belə, danışıqları davam etdirəcəyinə inanır:

“Münaqişə təkcə Ukrayna əhalisi üçün deyil, bütövlükdə region üçün fəlakət olacaq. Baş katibin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində avropalı və digər tərəfdaşlarla bir sıra təmasları olub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026