• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Ağır döyüşlər gedir" - Konaşenkov

DÜNYA

20 Mart 2022 | 16:57 | Müəllif: Subhan Mahmudov

"Ağır döyüşlər gedir" - Konaşenkov

Donetsk silahlı separatçı qruplaşması Stepnoe yaşayış məntəqəsini ələ keçirib.

Bakıvaxtı.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi İqor Konaşenkov məlumat yayıb.

O bildirib ki, Ukrayna ordusu geri çəkilir:

"Hazırda Donetsk silahlı qüvvələri geri çəkilən Ukraynanın 53-cü mexanikiləşdirilmiş briqadasını təqib edir. Ukrayna briqadasının 25 əsgəri öldürülüb, iki tank, iki PDM, 5 hərbi maşın məhv edilib".

Onun sözlərinə görə, Donetskin "ikinci hərbi birləşməsi" 3 km irəliləyərək, Kamenka-Verxnetoretskoe yoluna çıxıb, hazırda bu istiqamətdə döyüşlər gedir.

"Bütövlükdə gecə ərzində baş verən döyüşlərdə 40-a qədər Ukrayna əsgəri öldürülüb. Hücum davam edir", - Konaşenkov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026