• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kadırov: "Bu maşını Kiyevə aparacağam" - VİDEO

DÜNYA

20 Mart 2022 | 21:17 | Müəllif: Subhan Mahmudov

Kadırov: "Bu maşını Kiyevə aparacağam" - VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrindən ələ keçirilən zirehli maşını ilə Kiyevə daxil olmaq planlarından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Teleqramda video paylaşıb.

"Bu gün mən Ukraynada “millətçilərin” komandirlərindən müsadirə etdiyimiz əsir generalın zirehli maşınına mindim. Uca Allahın köməyi ilə onu tezliklə Kiyevə aparacağam! Gələcəkdə Rusiya hərbçilərinin ehtiyacları üçün bu zirehli maşınların istehsalı müəssisəsini milliləşdirməyi planlaşdırırıq”, - Kadırov bildirib.

O, Ukraynada döyüşən çeçen hərbçilər və könüllülər üçün zirehli texnikanın yeni partiyasını nümayiş etdirib:

"Ukraynada xüsusi əməliyyatda iştirak edən Çeçenistandan olan hərbçilər və könüllülər artıq ən yaxşı və ən müasir maddi-texniki təchizata malikdirlər. Fond tərəfindən xüsusi olaraq döyüşçülərimiz üçün alınmış müasir zirehli texnika partiyası var".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026