• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Türk dövlətləri nə vaxt əl-ələ veriblərsə, o zaman..." - Çavuşoğlu

DÜNYA

19 Aprel 2022 | 19:04 | Müəllif: Subhan Mahmudov

"Türk dövlətləri nə vaxt əl-ələ veriblərsə, o zaman..." - Çavuşoğlu

Münaqişələrin əksəriyyəti islam coğrafiyasındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Ramazan ayında islam düşmənçiliyi, irqçilik artmaqdadır və terrorla bağlı ikili standartlar var.

“Bu gün Rusiya-Ukrayna müharibəsi göstərdi ki, biz güclü olmalıyıq”, - Çavuşoğlu vurğulayıb.

XİN başçısı diqqətə çatdırıb ki, tarixən Türk dövlətləri nə vaxt əl-ələ veriblərsə, o zaman çox güclü olublar.

Nazir xatırladıb ki, Qarabağ münaqişəsi Azərbaycanın Zəfəri ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026