• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Azovstal"dan təxliyə edilənlər həbsxanaya göndərildilər

DÜNYA

19 May 2022 | 15:37 | Müəllif: Qalib İbrahimoğlu

"Azovstal"dan təxliyə edilənlər həbsxanaya göndərildilər

Uzun sürən mühasirədən sonra 900-dən çox ukraynalı əsgər Mariupoldakı "Azovstal" polad zavodundan təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya həmin əsgərlərin Donetsk vilayətindəki keçmiş həbsxana kompleksinə yerləşdirildiyini açıqlayıb. Kreml bəyan edib ki, kompleks Rusiya MN-nin nəzarəti altındadır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü bildirib ki, son sutka ərzində 954 ukraynalı hərbçi təslim olub. Zaxarova əlavə edib ki, təslim olanlardan 51-i yaralanıb və müalicə olunur.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında isə "Ukrayna qəhrəmanlarının ən qısa zamanda evlərinə qayıtması üçün" əsir mübadiləsi prosesinin başlanması ümidi ifadə olunub.

Ukraynanın Ombudsmanı Lyudmyla Denisova isə saxlanılanlar arasında Mariupol mühasirədə olarkən humanitar yardım çatdıran 30-a yaxın könüllünün də olduğunu qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026