• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qoşun komandanı işdən qovuldu - Ukrayna müharibəsinə görə

DÜNYA

18 Iyun 2022 | 10:12 | Müəllif: Subhan Mahmudov

Qoşun komandanı işdən qovuldu - Ukrayna müharibəsinə görə

Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov vəzifəsindən uzaqlaşdırılaraq istefaya göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (Institute for the Study of War, ISW) məlumat yayıb.

Məlumata görə, A.Serdyukovun cəzalanmasının səbəbi Ukraynadakı müharibədə rusiyalı desantçıların sıralarında çox böyük və kütləvi itkilərin olmasıdır.

2014-cü ildə Krımın ilhaq əməliyyatına komandanlıq etmiş A.Serdyukov sonradan Rusiyanın Suriyadakı hərbi qruplaşmasına rəhbərlik etmişdi. Bu ilin yanvarında isə o, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana yeridilmiş kontingentinin komandanı olmuşdu.

A.Serdyukovun yerinə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin qərargah rəisi, general-polkovnik Mixail Teplinski təyin olunub. M.Teplinski əslən Ukraynanın Donetsk vilayətindəndir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026