"Kiyev Krıma hücum edərsə “qiyamət günü” baş verəcək".
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev İkinci Dünya Müharibəsi veteranları ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Krıma hücum olarsa, “qiyamət günü” baş verəcək və bundan qorunmaq çox çətin olacaq.
Medvedyev onu da vurğulayıb ki, Ukrayna və NATO ölkələrinin Krımın Rusiyanın ərazisi kimi tanımaqdan imtina etməsi Rusiya Federasiyası üçün “sistemli təhlükə”dir.
















