• Bakı 14° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kafedə Ukrayna mahnısı səsləndirən dicey həbs edildi

DÜNYA

16 Avqust 2022 | 16:52 | Müəllif: Subhan Mahmudov

Kafedə Ukrayna mahnısı səsləndirən dicey həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Leninski Rayon Məhkəməsindən bildirilib ki, o, "Ekstremist fəaliyyətlə mübarizə haqqında" Federal Qanunun 1-ci maddəsinin 1-ci bəndini pozub.

Dicey Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi ilə (Nasist atributlarının və ya simvollarının, yaxud ekstremist təşkilatların atributlarının və ya simvollarının nümayişi) təqsirli bilinib.

Həmçinin, məhkəmə ondan inzibati xəta predmetini, yəni musiqi avadanlığını müsadirə edib.

Məlumata görə, müttəhim Şçelkino şəhərindəki kafedə "Vəhşi tarla" mahnısını səhnələşdirib və bu zaman Azov alayının simvollarını əks etdirən klip yayımlayıb.

Dicey günahını qismən boynuna alıb. O, mahnı və videonun məzmununu bilmədən ziyarətçinin istəyi ilə səsləndirdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026