• Bakı 15° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Zelenski Ursula von der Leyenə orden təqdim etdi - YENİLƏNİB

DÜNYA

15 Sentyabr 2022 | 16:01

Zelenski Ursula von der Leyenə orden təqdim etdi - YENİLƏNİB

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen 1-ci dərəcəli Yaroslav Müdrik ordenininə  layiq görülüb. 

Bakıvaxtı.az xəbər verir ki, ordeni  Ukrayna prezidenti Volodimir Zelenski təqdim edib. 

Ursula von der Leyen Twitter"də paylaşım edərək, Zelenskiyə təşəkkür edib:

"Bu, böyük şərəfdir. Mən bunu Avropa İttifaqının bütün vətəndaşları adından bizim möhkəm bağımızın simvolu kimi qəbul edirəm", - o yazıb.

 

11:11

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın paytaxtı Kiyevə işgüzar səfərə gedib. Bu, onun müharibə başlayandan bəri Ukraynaya üçüncü səfəridir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri tviterdə yazıb.

O, Ukraynada çox dəyişikliklərin baş verdiyini qeyd edib: “Ukrayna indi Avropa İttifaqına namizəd ölkədir”.

Ursula fon der Lyayen məlumat verib ki, o, səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşəcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026