Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mədən partlayışı baş verən Bartinə gedib.
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan həm yaralı işçilər, həm də həyatını itirən işçilərin ailələri ilə görüşəcək. Dövlət başçısının mətbuata açıqlama verəcəyi də gözlənilir.
10:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partlayışın baş verdiyi Bartın şəhərinə gedəcək.
Bakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, dövlət başçısı Diyarbəkir səfərini təxirə salıb. O, Bartında görülən işlərlə hadisə yerində tanış olacaq.
Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.
















