• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Avropa üçün yaxşı xəbər: Qış mülayim keçəcək…

DÜNYA

14 Noyabr 2022 | 14:34 | Müəllif: Subhan Mahmudov

Avropa üçün yaxşı xəbər: Qış mülayim keçəcək…

Bu qış Avropa çox güman ki, anomal istilərlə üzləşəcək. Temperatur əvvəlki illərə nisbətən daha yüksək olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blomberq” Kopernik iqlim xidmətinin hesabatına istinadla məlumat yayıb.

Xidmətin hesabatında qeyd olunub ki, yüksək temperatur Baltik, Aralıq və Şimal dənizlərinin sahilyanı ərazilərində qeydə alınacaq. Böyük Britaniya, Mərkəzi və Cənubi Avropada qış 50-60% ehtimalla isti keçəcək, Fransa və Almaniyada yağıntılar daha az düşəcək.

“Blumberq”in məlumata görə, yüksək temperatur hazırkı enerji böhranında qiymət artımı ilə müşahidə olunan təbii qaza tələbi zəiflədə bilər. İsti havalar Avropa ölkələrinin anbarlarını doldurduğu yanacaq çatışmazlığının qarşısını almağa kömək edəcək.(axar)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026