• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Türkiyə və Türkmənistan liderləri görüşdü

DÜNYA

14 Dekabr 2022 | 10:44

Türkiyə və Türkmənistan liderləri görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında görüş olub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Görüş Türkmənistanının Avaza rayonunda keçirilib.

R.T.Ərdoğan, həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Xatırladaq ki, bu gün Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədovun iştirakı ilə Birinci Üçtərəfli Zirvə Görüş keçiriləcək.

Görüşdən sonra sənədlərin imzalanması gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026