İranın Qərbi Azərbaycan əyalətində evdə partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, partlayış Bukan şəhərində qaz sızması nəticəsində baş verib.
Partlayış nəticəsində ev tamamilə dağılıb, 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
















