• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ukraynada ən şiddətli döyüşlər bu ərazilərdə gedir

DÜNYA

13 Yanvar 2023 | 00:35 | Müəllif: Subhan Mahmudov

Ukraynada ən şiddətli döyüşlər bu ərazilərdə gedir

Ukraynanın Donetsk vilayətinin Soledar, Praskoveyevka, Baxmut və Kleşçeyevka yaşayış məntəqələri ərazilərində ən şiddətli döyüşlər davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Rusiya işğalçıları gün ərzində beş raket hücumu (hamısı dinc şəhərlərə: Konstantinovka, Kramatorsk və Zaporojye), eləcə də 12 hava zərbəsi endiriblər. Onlar çoxsaylı reaktiv raket sistemlərindən dörd mərmi atıblar", - məlumatda deyilib.

Qeyd olunur ki, Ukraynanın hər yerində düşmənin hava və raket zərbələri təhlükəsi qalmaqdadır:

"Düşmən əsas səylərini inzibati sərhəd daxilində Donetsk vilayətini ələ keçirmək cəhdlərinə yönəltməkdə davam edir, Baxmut istiqamətində hücumlarını davam etdirir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026