ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı Tiffani Tramp ailə həyatı qurub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, o, 25 yaşlı livanlı milyarder Maykl Boulosla evlənib.
Eks-prezidentin Florida ştatındakı malikanəsi Mar-a-Laqodada keçirilən mərasimdə Donald Tramp həyat yoldaşı Melaniya ilə Frank Sinatranın mahnısı sədalarında rəqs edib. 29 yaşlı Tiffani Tramp Donald Trampın aktrisa Marla Maples ilə evliliyindən olan qızıdır.
Qeyd edək ki, Boulos Nigeriyada motosiklet istehsal edən “Boulos Enterprises”in milyarder varisi və biznes meneceri kimi tanınır.
Aytac Aslan















