Türkiyəli aktrisa, aparıcı Billur Kalkavan vəfat edib.
Bakıvaxtı.az "Hürriyyet"ə istinadən xəbər verir ki, sənətçi onkoloji xəstəlikdən dünyasını dəyişib.
Billur Kalkavan "Ayrı dünyalar", "Mavi sürgün", "İhlamurlar altında" kimi məşhur ekran işlərində rol alıb.
















