• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

BMT TŞ sərhəddəki vəziyyətə görə toplanır

DÜNYA

15 Sentyabr 2022 | 16:31

BMT TŞ sərhəddəki vəziyyətə görə toplanır

Bu gün BMT Təhlükəsizlik Şurasının (TŞ) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı növbəti fövqəladə iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının Siyasi Məsələlər Departamentindən bildirilib.

Qeyd olunub ki, iclasda müzakirələr açıq rejimdə aparılacaq və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan çıxışları dinləniləcək.

İclas ABŞ vaxı ilə saat 10:00-da başlayacaq.

Xatırladaq ki, ötən gün BMT Təhlükəsizlik Şurası sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirib. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026