• Bakı 6° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Putinin Sankt-Peterburq Forumunda dedikləri Ukraynada etdiklərinin tam əksidir

DÜNYA

18 Iyun 2022 | 13:50 | Müəllif: Qalib İbrahimoğlu

Putinin Sankt-Peterburq Forumunda dedikləri Ukraynada etdiklərinin tam əksidir

“Bəzi dövlətlər kobudcasına və həyasızcasına öz etikasını, mədəniyyətə baxışlarını, tarixə dair təsəvvürlərini tətbiq edir, bəzən dövlətlərin suverenliyini, ərazi bütövlüyünü şübhə altına alır, onların mövcudluğuna təhlükə yaradırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Forumundakı çıxışında səsləndirib. 

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ilk baxışdan düşünürsən ki, özünütənqidə keçib, amma bu sözləri ABŞ və Qərb dövlətləri haqqında, onların İraq, Suriya, Liviya, Əfqanıstanda atdığı addımlara görə deyib.  Ekspertə görə, problem ondadır ki, əgər Rusiya Qərbin həmin ölkələrdə atdığı addımları haqlı olaraq tənqid edirsə, özü eynisini etməməlidir: “Putinin bu sözləri Ukraynada etdiklərini tam əks etdirir. Rusiya Ukraynada eyni Putinin dediyi kimi davranır - kobudcasına və həyasızcasına öz etikasını, mədəniyyətə baxışlarını, tarixə dair təsəvvürlərini rəsmi Kiyevə sırımağa çalışır, Ukraynanın suverenliyini, bütövlüyünü şübhə altına alır, bu ölkənin mövcudluğuna təhlükə yaradır. Rusiyanın ən böyük bədbəxtçiliyi də məhz budur – resurslarına, sərvətlərinə rəğmən normal, cəlbedici, sivilizasion hekayə qura, dünyanın sağlam konservativ kəsminin sözçüsü ola bilmədi, tənqid etdiyi Qərb kimi davranmağa başladı ki, sizə olarsa, mənə də olar, amma 3 ciddi fərqi anlaya bilmədi: 1) ABŞ və AB ölkələri heç bir ərazini öz tərkibinə qatmaq istəmirlər, 2) Qərb tək zopa ilə deyil, həm də kökə ilə ölkələrin qapısını döyür, 3) Qərb yalan-doğru olsa da bəlli cəlbedici hekayəsi, sivilizasion çağırışlara formal da olsa cavab verən mövqeyi var”.

N.Cəfərli qeyd edib ki, əslində Qərb son 25 ildə çox böyük səhvlər, günahlar, cinayətlər edib, bu günün Rusiyasını elə Qərbin səhv siyasəti “doğub”: “Amma bu o demək deyil ki, Rusiya bunu əlinə bayraq edib yanı-başına, suveren dövlətlərə saldırmalı, ərazilərini işğal etməlidir – Kreml bu addımlarının hekayəsini də qura bilmir, həm öz xalqına, həm də qonşularına cəlbedici rifah və xoşbəxt gələcək vəəd edə, bunu göstərə bilmir. Dünən Forumda Tokayevin çıxışına, suallara cavabına da baxdım, bəyəndim, əslində Putin həmin müzakirəyə qəsdən Marqo Simonyan kimi həyasız birini moterator təyin etmişdi, Marqonun digər tayı, əri Keosayan Qazaxstanı çox pis təhqir etmişdi”.

Ekspertin sözlərinə görə, məhz bunun üçün Putin Marqoya bu işi tapşırmışdı: “Tokayev vəziyyətdən yaxşı çıxdı, “DXR/LXR” kimi qondarma qurumları tanımayacaqılarını dedi, amma həm də özlərinə görə bunu etdi – Tokayev anlayır ki, Rusiya Ukraynada ciddi uğur qazansa, növbəti addım kimi Qazaxstanda 2 yox, 5-6 kvazi “ölkələr”, ölkənin şimalında 5-6 “DXR/LXR” kimi geydirmə qurumlar yarada, ölkəsinin şimalını işğal edə bilər, Tokayevin mövqeyi məhz buna görə sərt oldu...”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR