• Bakı 19° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu ölkə də maska rejiminə qayıdacaq

DÜNYA

18 Iyul 2022 | 13:45

Bu ölkə də maska rejiminə qayıdacaq

Almaniyada COVID-19-un yayılmasının qarşısını almaq üçün yeni tədbirlər görüləcək.

Bakıvaxtı.az-ın TRT Haber-ə istinadən məlumatına görə, bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman bildirib.

Onun sözlərinə görə, tədbirlər çərçivəsində payızda qapalı məkanlarda maskalardan istifadə məcburi olacaq.

Marko Buşman deyib ki, COVID-19-un yay dalğası artıq gücünü itirib, lakin payız və qış aylarına ciddi yanaşmaq lazımdır. Nazir virusla mübarizə üçün görüləcək tədbirlərin iyulun sonuna kimi tamamlanacağına əmin olduğunu bildirib. Tədbirlərin ölkənin 16 əyalətində səlahiyyətlilərlə müzakirə ediləcəyini bildirən Buşman qərarların sentyabrda parlamentə göndəriləcəyini vurğulayıb. Onun sözlərinə görə, kabinet artıq ictimai nəqliyyat üçün maska ​​tələblərini hazırlamaq üzərində işləyir.

"Daha karantinlər, ümumi məktəblərin bağlanması və komendant saatı olmayacaq. Bunlar pandemiyanın üçüncü ilində yersiz həllərdir", - deyə Marko Buşman vurğuıayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026