• Bakı 22° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

TƏCİLİ! Rusiya Ukrayna ilə sərhəddə hərəkətə keçdi

DÜNYA

17 Avqust 2022 | 10:05

TƏCİLİ! Rusiya Ukrayna ilə sərhəddə hərəkətə keçdi

Ukrayna sərhədləri yaxınlığında Rusiyanın döyüş helikopterlərinin sayı artıb.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığının sözçüsü Yuri İqnat brifinqdə bildirib.

Onun sözlərinə görə, tammiqyaslı hərbi əməliyyatlar başlayana qədər Ukrayna yaxınlığında 700 təyyarə - 450 qırıcı və 250 helikopterdən ibarət aviasiya qrupu mövcud olub.

"Düşmənin bir çox aviasiya texnikası artıq məhv edilib, lakin rusların hələ bu tərkibi artırmaq imkanı var. Hazırda rusların Ukrayna sərhədləri yaxınlığında 430-a yaxın təyyarəsi var, lakin helikopterlər qrupu da əhəmiyyətli dərəcədə artıb və onlar 360-dan çox vahid təşkil edir. Bu, aviasiya fəallığının azalması ilə izah olunur. Həmin helikopterlərin əsas vəzifəsi quru qoşunlarını dəstəkləməkdən ibarətdir", - deyə Yuri İqnat vurğulayıb. 

O bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədə malik Belarusdan, habelə işğal olunmuş Krımdan gündə təxminən 100 uçuş həyata keçirilir. Yuri İqnatın sözlərinə görə, Sevastopol yaxınlığında yerləşən Belbek aerodromunda da aviasiya fəallığı artırılıb.


SON XƏBƏRLƏR

29 Sentyabr 2022