Qırğızıstan və Tacikistan sərhədində sərhədçilər arasında atışma baş verib.
Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsi məlumat verib.
Məlumata görə, Tacikistan sərhədçiləri bir neçə istiqamətdə qırğız sərhədçilərinə atəş açıblar.
Sərhəddə vəziyyətin gərgin olduğu bildirilir.
















