• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa Rusiyanı CAR və Kolumbiya ilə əvəzləyir

DÜNYA

15 Oktyabr 2022 | 22:43 | Müəllif: Subhan Mahmudov

Avropa Rusiyanı CAR və Kolumbiya ilə əvəzləyir

Avropa İttifaqı Rusiya kömürü əvəzinə Cənubi Afrika Respublikası (CAR) və Kolumbiyadan daha baha qiymətə kömür alır.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, "Eurostat"ın məlumatları bunu təsdiqləyir.

Bu ilin avqust ayında Avropa ölkələri Rusiyadan 374 milyon dollar dəyərində kömür alıb. Bu, iyul ayı ilə müqayisədə iki dəfə azdır. Bunun müqabilində CAR Avropaya kömür ixracını 3,4 dəfə, Kolumbiya 2 dəfə artırıb. Avqust ayında Avropa ölkələri CAR-dan 1,6 mln. ton, Kolumbiyadan 1,4 mln. ton kömür alıblar.

Rusiya kömüründən imtina Avropa ölkələri üçün il ərzində 8,5 mlrd. dollar əlavə xərcə gətirib çıxarır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026