• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

ÜST-dən Rusiyaya kritik ÇAĞIRIŞ

DÜNYA

19 May 2022 | 17:15 | Müəllif: Qalib İbrahimoğlu

ÜST-dən Rusiyaya kritik ÇAĞIRIŞ

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qaynar qarşıdurmalar davam edərkən, mülki şəxslərin təxliyəsi istiqamətində işlər davam edir. Bu məsələ ilə bağlı Rusiyaya növbəti çağırış Ümumdünya Səhiyyə Təşkilatından gəlib.

Bakıvaxtı.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusun Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

ÜST-ün baş direktoru tibbi yardım üçün Mariupol, Xerson, Cənubi Zaporojye və digər mühasirəyə alınmış ərazilərə təhlükəsiz girişlə bağlı Rusiyaya çağırış edib.

“Xarici işlər naziri Lavrovla Rusiyanın qlobal səhiyyə məsələlərində iştirakı, ÜST ilə işləməsi və Ukraynadakı səhiyyə vəziyyəti barədə danışdım. Mülki vətəndaşlar qorunmalıdır”, - deyə Tedros Adhanom Qebreyesus vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026