• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Almaniya Ukraynaya silahlarını vaxtında təhvil verəcək"

DÜNYA

18 Iyun 2022 | 16:51 | Müəllif: Subhan Mahmudov

"Almaniya Ukraynaya silahlarını vaxtında təhvil verəcək"

"Almaniya Ukraynaya ağır silahları vaxtında təhvil verəcək ki, o, Donbass uğrunda döyüşdə istifadə edə bilsin".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "dpa"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, konkret nümunələr Ukrayna hərbçiləri təlim keçdikdən sonra çatdırılacaq.

"Biz Odessa və ya Kiyevi xilas edə biləcək raket əleyhinə sistem təqdim edəcəyik. Biz həmçinin Böyük Britaniya və Birləşmiş Ştatlar ilə birlikdə çoxlu reaktiv yaylım atəşi sistemləri tədarük etmək qərarına gəldik", - Şolts əlavə edib.

Xatırladaq ki, Şolts daha əvvəl demişdi ki, Almaniya müstəqillik mübarizəsində lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026