• Bakı 14° C

    1.99 m/s

Ukraynada hərbi vəziyyət uzadıldı

DÜNYA

20 Mart 2022 | 18:20 | Müəllif: Subhan Mahmudov

Ukraynada hərbi vəziyyət uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski martın 26-dan etibarən ölkədə hərbi vəziyyətin 30 sutka uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.

Söhbət Ukrayna prezidentinin “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” fərmanının təsdiq edilməsi haqqında qanundan gedir.

“Bu qanun 26 mart 2022-ci il saat 05:30-dan etibarən Ukraynada hərbi vəziyyəti 30 sutka müddətinə uzadılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR