• Bakı 22° C

    5.44 m/s

Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

DÜNYA

19 Aprel 2022 | 15:35 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

“Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır”.

Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“Ukraynada davamlı atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk. Cənab prezident liderlərlə telefon danışıqları aparmağı planlaşdırır, mən də həmkarlarımla fəal danışıqlar aparıram”, – deyə Türkiyənin XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətləri sonuncu dəfə martın 29-da Türkiyənin İstanbul şəhərində görüşüblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026