• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Bayden seçki kampaniyasını TikTok-a köçürdü 

DÜNYA

12 Fevral 2024 | 15:23

Bayden seçki kampaniyasını TikTok-a köçürdü 

ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyasını davam etdirmək üçün sosial media platforması TikTok-a daxil olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden dünən ilk dəfə "@bidenhq" adlı TikTok hesabında video yayımlayıb.

O, ölkənin ən böyük idman təşkilatlarından biri olan Amerika Futbol Liqasının (NFL) çempionluq mübarizəsi olan "Super Bowl" la bağlı 30 saniyəlik sual-cavab videosu yayımlayıb.

"NBC News"a danışan Baydenin seçki kampaniyasının məsləhətçiləri də Prezidentin TikTok hesabının tətbiqin ən böyük auditoriyasını təşkil edən gəncləri seçici kimi cəlb etmək səyinin bir hissəsi olduğunu bildiriblər.

Günəş Mərd


SON XƏBƏRLƏR

01 Dekabr 2024