Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün vaxt daralır. Corciya, Missisipi və Vaşinqton ştatlarında keçirilən ilkin seçkilərin nəticələri bəlli olmağa başlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ilk nəticələrə görə, Demokrat Partiyasının namizədi Co Bayden və Respublikaçılar Partiyasının namizədi Donald Tramp 3 ştatda keçirilən ön seçkilərdə prezidentliyə namizəd olmaq üçün lazımi nümayəndə sayına çatıb.
Beləliklə, iki adın ABŞ prezidentlik yarışında rəqib olacağı dəqiqləşib.
Bayden və Trampın namizədliyinin bu yay keçiriləcək milli partiya konqreslərindən sonra rəsmiləşəcəyi bildirilir.
Ay Tac
















