• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polşa Ukraynaya “Patriot” ötürə bilməyəcək

DÜNYA

12 Aprel 2024 | 10:28

Polşa Ukraynaya “Patriot” ötürə bilməyəcək

Rəsmi Varşava “Patriot” zenit-raket komplekslərini Kiyevə ötürə bilməyəcək, çünki ölkənin özünün hava və raketdən müdafiə sistemləri yoxdur.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda jurnalistlərə açıqlamasında bildirib.

“Polşanın raketdən müdafiə sistemi yoxdur, biz onu yeni hazırlamağa başlayırıq. Ölkənin Ukraynaya verə biləcək heç nəyi yoxdur, hətta biz istəsək də”, - o vurğulayıb.

A.Duda Varşavanın arsenalında olan sovet istehsalı raketləri Kiyevə ötürmək planlarını da açıqlayıb və ölkəyə qayıdandan sonra bu məsələni müdafiə idarəsinin rəhbərliyi ilə müzakirə edəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026