• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyada avtobusun çaya düşməsi ilə bağlı MMC rəhbəri saxlanıldı

DÜNYA

12 May 2024 | 00:45 | Müəllif: Subhan Mahmudov

Rusiyada avtobusun çaya düşməsi ilə bağlı MMC rəhbəri saxlanıldı

Sankt-Peterburqda sərnişinləri olan avtobusun Moika çayına düşməsi ilə bağlı aparılan cinayət işi çərçivəsində “Taksi” MMC-nin rəhbəri saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti açıqlayıb. 

İdarədən verilən məlumata görə, o, əmək və nəqliyyat intizamına əməl etməməkdə şübhəli bilinir.

Araşdırmaya görə, bir neçə gündür ki, nəqliyyat vasitəsinin sürücüsünə lazımi istirahət vaxtı verilməyib. Hazırda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Xatırladaq ki, avtobusun çaya düşməsi nəticəsində 7 nəfər ölüb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR