• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan bu tarixdə İspaniyaya gedəcək

DÜNYA

10 Iyun 2024 | 22:33 | Müəllif: Subhan Mahmudov

Ərdoğan bu tarixdə İspaniyaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də İspaniyaya səfəri gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Prezident Ərdoğanın VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulur.

İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi və paytaxt Madriddə keçiriləcək forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR