• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

NATO Şərqi Avropada logistika mərkəzləri yaratmaq niyyətindədir

DÜNYA

10 Iyul 2024 | 22:09

NATO Şərqi Avropada logistika mərkəzləri yaratmaq niyyətindədir

NATO Ukraynaya silah tədarükünü sürətləndirmək üçün alyansın Şərqi Avropa ölkələrində logistika mərkəzləri yaratmaq niyyətindədir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən alyans sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, sammitdə alyans ölkələrinin liderləri Ukraynaya əhəmiyyətli yardım paketini təsdiqləməlidirlər ki, bu da xüsusilə Kiyevə silah tədarükünün koordinasiyası üçün komandanlığın yaradılması və ukraynalı əsgərlərin təlimini əhatə edəcək.

“Komandanlıq Almaniyada yerləşəcək, ancaq alyansın şərq hissəsində logistika qovşaqları da yaradılacaq”, – o deyib.


SON XƏBƏRLƏR

28 Iyul 2024