• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

İtaliyadan Qəzza ilə bağlı ÇAĞIRIŞ

DÜNYA

09 Avqust 2024 | 19:40

İtaliyadan Qəzza ilə bağlı ÇAĞIRIŞ

İtaliya Qəzza zolağında atəşkəsin əldə olunması üçün ABŞ, Misir və Qətərin birgə səylərini dəstəkləyir və tərəfləri danışıqları bərpa etməyə çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.

Bildirilir ki, İtaliya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinə uyğun olaraq Qəzzada atəşkəs və girovların azad edilməsi üçün ABŞ, Misir və Qətərin birgə səylərini dəstəkləyir. Qeyd olunub ki, Qəzzada atəşkəs mülki əhalinin iztirablarına son qoymaq, lazımi humanitar yardımı təmin etmək və regional səviyyədə gərginliyin azaldılmasının təşviqi üçün daha aktualdır.

“İtaliya münaqişənin bütün tərəflərini sazişi yekunlaşdırmaq məqsədilə avqustun 15-də Dohada danışıqları bərpa etmək üçün vasitəçilərin dəvətini gecikmədən qəbul etməyə çağırır”, - deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024