• Bakı 20° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Vyetnamda “Yaqi” superqasırğası: 14 ölü, 180 yaralı

DÜNYA

08 Sentyabr 2024 | 17:37

Vyetnamda “Yaqi” superqasırğası: 14 ölü, 180 yaralı

“Yaqi” superqasırğası Vyetnamın şimalında 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vyetnam Təbii fəlakətlərə reaksiya və axtarış-xilasetmə işləri üzrə Milli Komitəsi məlumat yayıb.

Qasırğa daha çox paytaxt Hanoya, liman şəhərləri Kamfa, Monqkay, Hayfon və Halonqa, o cümlədən yaxınlıqdakı Thaybin, Hoabin və Hınqyen əyalətlərinə zərər vurub. 400-dən çox elektrik xətti, 27 yarımstansiyaya ciddi zərər dəyib, 121 min hektardan çox əkin sahəsi su altında qalıb. Sahil rayonlarında 38 gəmi və balıqçı gəmisi batıb.

Qeyd edək ki, “Yaqi” qasırğası sentyabrın 4-də Çinin cənub sərhədinə çatıb, daha sonra Vyetnam istiqamətində hərəkət edib. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatıb.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024