Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan söhbəti maraqla qarşılanıb.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, nazirlərin söhbəti Kremldə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar zamanı baş tutub.
Lavrov Mirzoyana Ermənistanda kvadroberlərin populyarlığı ilə bağlı sual verib.
“Sizdə kvadroberlər var? Uşaqlar it kimi geyinirlər. Onlar heyvan kimi gəzirlər”, - Lavrov Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərinə deyib. Mirzoyan cavab verdi ki, belə bir subkulturadan xəbəri var. Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyan bəzi avropalı kvadroberlərin özlərini “cins” kimi müəyyən etməyə başladıqlarına diqqət çəkib.
Qeyd edək ki, kvadroberlər heyvan paltarları geyinir, 4 ayaq üstündə gəzir və heyvanların hərəkətlərini təqlid edirlər. Əsasən Qərbdə gənclər arasında olan subkulturdur.
Bundan əvvəl Rusiyada kvadrober subkulturunun qadağan edilməsi təklif edilib.