• Bakı 25° C

    7.11 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Türkiyə Ordusu terrorçuların xeyli sayda silah-sursatını ələ keçirib - YENİLƏNİB

DÜNYA

10 Iyul 2024 | 17:31

Türkiyə Ordusu terrorçuların xeyli sayda silah-sursatını ələ keçirib - YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Dergele kəndində həyata keçirilən axtarış tədbirləri nəticəsində terrorçulara aid xeyli sayda silah-sursat tapıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ərazidə 3 ədəd 40 mm bombaatan silah, 1 ədəd “Doçka” maşınlı tüfəng və lüləsi, 68 hücum tipli əl qumbarası, 10 müdafiə məqsədli əl qumbarası, 7 tüstü qumbarası, 5 əldəqayırma qumbara, 13 piyada əleyhinə mina, 8 qumbaraatan, 7 tank əleyhinə raket sursatı, 23 ədəd piyada əleyhinə raket sursatı, 5 ədəd minaatan döyüş sursatı, 1 ədəd 122 mm-lik sursatı, 30 ədəd 20 mm-lik silah sursatı, çoxlu sayda 5,56 mm, 7,62 mm və 12,7 mm döyüş sursatları, 4 ədəd dəqiq döyüş başlığı, 1 ədəd 7,62 mm PKMS pulemyot lüləsi, 1 snayper tüfənginin səsboğucusu, həmçinin çoxlu tibbi avadanlıq və ərzaq malları ələ keçirilib.

***

16:25

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatını İraqın şimalından tam çıxarmaq üçün davam etdirdiyi əməliyyatın sonuncu fazası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusu İraqın Metina bölgəsindəki terrorçuları mühasirəyə alıb.

Bölgədəki mənbələrin məlumatına görə, Türkiyə ordusu may ayından bu yana həyata keçirdiyi intensiv hava hücumları ilə terrorçuları Demka ərazisindən tamamilə sıxışdırıb.


SON XƏBƏRLƏR

28 Iyul 2024