• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

F-16-lar yoldadır – Zelenski sayını artırmağa çalışır

DÜNYA

10 Iyul 2024 | 22:14

F-16-lar yoldadır – Zelenski sayını artırmağa çalışır

Ukraynanın müttəfiqlərinin əlavə F-16 təyyarələri təqdim etmələri barədə bu gün qərar verəcəklərini gözləyirəm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.

“Bu gün biz Vaşinqtonda işimizi davam etdiririk. Xüsusilə, F-16 təyyarələri ilə bağlı qərar çox yaxında veriləcək. Biz Ukraynaya veriləcək təyyarələrin sayını artırırıq”, - Zelenski Teleqram kanalında bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Niderland və Danimarkadan ilk döyüş təyyarələrinin artıq Ukraynaya göndərilməyə hazırlandığını bildirib. Zelenski isə razılaşdırılmış sayda F-16-ların kifayət olmadığını, Rusiyaya qarşı mübarizə üçün ən azı 128 qırıcıya ehtiyac olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR

28 Iyul 2024