• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Volqoqradda zavoda dron hücumu olub

DÜNYA

12 May 2024 | 09:34 | Müəllif: Subhan Mahmudov

Volqoqradda zavoda dron hücumu olub

Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Volqoqrad quberniyasının mətbuat xidməti bildirib.

“PUA-nın Volqoqrad Neftayırma Zavodu ərazisinə düşməsi ilə detonasiyası nəticəsində alışma baş verib. Yanğınsöndürmə-xilasetmə qüvvələri çevik şəkildə işə başlayıblar – yanğın söndürülüb. İtki yoxdur”, – şəhər administrasiyasının teleqram kanalı qubernator Andrey Boçarovdan sitat gətirib. Onun sözlərinə görə, ötən gecə hava hücumundan müdafiə qüvvələri Volqoqrad ərazisinə PUA hücumunu dəf edib.

Qeyd edək ki, mayın 11-də Rusiyanın Belqorod şəhərinə endirilmiş zərbələr nəticəsində bir nəfər ölmüş, 29 nəfər yaralanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026