• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO

HADİSƏ

16 Sentyabr 2024 | 14:33

Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO

Səbail rayonu Bayıl qəsəbəsində yeni xəttə buraxılan avtobuslara hücum edilib.

Bakıvaxtı.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbədaxili fəaliyyət göstərən 56 nömrəli marşrutun sahibi Niyazı İsmayılov adlı şəxs bu gün yeni xəttə çıxan digər sahibkarın işinə əngəl olub.

Onun yeni xəttə buraxılan “Qazel” markalı avtobusların təkərlərini deşərək qarşı tərəfə maddi ziyan vurduğu bildirilir. Məlumata görə, sahibkar köhnə avtobuslarla xəttə çıxaraq sərnişin daşımağa davam edib.

Lakin bir qədər sonra N.İsmayılov polis tərəfindən saxlanılıb, təkərləri deşilmiş avtobuslar təmir edilərək xəttə buraxılıb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024