• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Bakıda şirkətdə 1 milyon manata yaxın mənimsəmə: İş adamı həbs edildi

HADİSƏ

16 Oktyabr 2024 | 10:33

Bakıda şirkətdə 1 milyon manata yaxın mənimsəmə: İş adamı həbs edildi

Bakıda işlədiyi şirkətə 726 min manatlıq ziyan vurmaqda təqsirləndirilən iş adamı, 1987-ci il təvəllüdlü Heydər Rzayevə hökm oxunub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, elektrik avadanlıqları şirkətinin direktoru olan H.Rzayev Cianyət Məcəlləsinin 179.4-cü (Mənimsəmə-Xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi üzrə ittiham edilib.

Məlum olub ki, şirkət başqa şəxslərə məxsus olub və İmran Ziyadlı tərəfindən təsis edilib. İşlər Heydər Rzayevə və bir neçə digər şəxsə həvalə edilib. Sonradan şirkətdə yeyinti şübhələri yaranıb və müstəqil audit keçirilib. Araşdırmalar zamanı 1 milyona yaxın mənimsəmə üzə çıxıb. Heydər Rzayevin müxtəlif mal və avadanlıqları gizli yolla sataraq pulları ələ keçirdiyi müəyyənləşib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə H.Rzayev ona tələ qurulduğunu, hər şeyin başqaları tərəfindən təşkil edildiyini iddia edib.

Məhkəmə onu CM-nin 179.4-cü maddəsi üzrə təqsirli bilib. O, 2 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR